top of page
Asset 2-80 2.png
logo-az_2_2x.png
Asset 8.png
სს.png

qısa bir videoya baxın

დასქროლ

dinlə

00:00 / 06:31

Babi 7 yaşlı qızdır. O, heykəltəraşlığı, musiqi dinləməyi, gəzintiyə çıxmağı, sürüşkəndə sürüşməyi və hekayələr dinləməyi çox sevir. Babi görmür, o, görmə qüsurludur.

1.

Asset-2.png
Asset-1_2x_edited.png
2-ok2.png

Bir gün Babi öz sevimli gəlinciyi ilə oynayırdı. Validyenləri ona fiziki imkanları məhdud şəxs statusu almaq üçün həkimə getməli olduqlarını dedi.

2.

2-ok_edited.png

Babi bu qəribə sözü ilk dəfə eşidirdi və soruşdu:

– “Fiziki imkanları məhdud şəxs” nə deməkdir?

– Fiziki imkanları məhdud şəxs başqalarından fərqlənən şəxsdir.

Məsələn, o, görə və ya hərəkət edə, yaxud hadisələri yadda saxlaya bilmir. Müxtəlif fəaliyyətlər zamanı – oynayanda, təhsil alanda, paltarını geyinəndə, çiməndə o, çətinlik çəkir, bəzən mühit də ona çətinliklər yaradır, – atası Babiyə izah etdi.

3.

3.png
Asset 16-100.jpg

– Mühit insana necə çətinlik yarada bilər? – Babi maraqlandı.


– Əgər park, məktəb, küçə, bina insanın sərbəst oynaya, təhsil ala və ya hərəkət edə bilməsi üçün uyğun şəkildə yaradılmayıbsa, o zaman mühit insana çətinliklər yaradır. Məsələn, əgər evin lifti yoxdursa hərəkət edə bilməyən adam necə beşinci mərtəbəyə qalxa bilər? Axı bu çox çətin olar? Yaxud küçədə səsli işıqfor yoxdursa görmə qüsurlu şəxs üçün yolu təhlükəsiz keçməyin necə çətin olduğunu sən də bilirsən.


Babi razılıq əlaməti olaraq başını silkələdi.

4.

Asset 16-100.jpg
Asset 1.png
Asset 16-100.jpg
55.png
Asset 16-100.jpg

– Həmçinin başqa adamların yanaşması da bəzən çətinliklər yaradır, – deyə ana söhbətə qoşuldu. Məsələn, bəziləri hesab edir ki, əgər insan fərqlidirsə o, başqaları ilə birlikdə və ya başqaları kimi fəaliyyət göstərə bilməz.

5.

– Yəni mən fərqliyəm və mühit də uyğun formalaşdırılmayıb deyə fiziki imkanları məhdud şəxs hesab olunuram? – Babi qəmgin halda soruşdu.

– Niyə qəmginsən? Biz hamımız fərqliyik, hamının fərqli imkanları və ehtiyacları var, – anası qayğı ilə cavab verdi.

Babi təəccüblə anasından soruşdu:

– Əgər onsuz da hamımız fərqliyiksə o zaman bu fiziki imkanları məhdud şəxs statusu nəyə lazımdır? Niyə kiminsə və ya mənim belə statusum olmalıdır?

6.

6.png

– Ona görə ki, fiziki imkanları məhdud şəxs statusu insana onun üçün mühüm olan yardımı almağa kömək edir. Bəzisinə dil və nitq terapevtinin və ya fiziki terapevtin dəstəyi lazım olur, bəzisinə fiziki imkanlarının məhdud olması ilə əlaqədar tibbi və ya başqa əlavə ehtiyaclar üçün pul lazım olur. Məsələn, bizim qonşu Dudu hərəkət edə bilmədiyinə görə fiziki imkanları məhdud şəxs statusu ona müvafiq araba almaqda kömək etdi. Fiziki imkanları məhdud şəxs statusu o deməkdir ki, insana başqalarından fərqli, əlavə dəstək lazımdır, məsələn, sənə hərəkət etmək üçün ağ rəngli əl ağacı və məktəbdə toxunmaqla hiss edərək sinfə qədər sərbəst şəkildə gedib çıxa biləcəyin xüsusi cığır lazım olduğu kimi, – deyə anası izah etdi.

7.

7.png
Asset 2-80 2.png

Babi diqqətlə dinlədi və həkim yanına getmək üçün valideynləri ilə razılaşdı. Sonra dönüb gəlinciyinə dedi:


– Eşitdin, fiziki imkanları məhdud şəxs statusu nə üçün lazımdır?

8.

Asset 2-80 2.png
Asset 133.png
Asset 2-80 2.png

Növbəti gün Babi valideynləri ilə birlikdə həkim yanına getdi. Həkim xoş təsir bağışlayan səsə malik qadın idi.


Həkim Babiyə və valideynlərinə salam verdi. Valideynlərin özləri ilə apardıqları, Babinin tibbi sənədlərini gözdən keçirdi, sonra Babiyə onun gündəlik fəaliyyətləri barədə suallar verdi. Həkim Babini daha çox nəyin əyləndirdiyini, onun nəyi sevdiyini, nəyi daha yaxşı bacardığını və nədə yardıma ehtiyacı olduğunu bilmək istəyirdi.

9.

Asset 2-80 2.png
9.png
Asset 2-80 2.png
10.png
Asset 2-80 2.png

Babi həkimə danışdı ki, onun sevimli məşğuliyyəti gəlinciyi ilə oynamaq, sinif yoldaşları ilə əylənmək və məktəbə getməkdir. O, həkimə onu məktəbə gah anasının, gah da atasının apardığını dedi. Sinifdən-sinfə keçən zaman isə sinif yoldaşı və ya müəllim ona kömək edir. Babi həkimə dedi ki, toxunduqda istiqaməti hiss edə biləcəyi cığırın olmasını istəyir. Belə halda o, sinifdən-sinfə sərbəst şəkildə keçə biləcək.

10.

Asset 2-80 2.png

– Siz düşünürsünüz ki, mənə fiziki imkanları məhdud şəxs statusu lazımdır? – Babi həkimdən soruşdu.


– Bunu müəyyən etmək üçün başqa mütəxəssislərə də müraciət etməlisiniz ki, sənin haqqında daha çox şey öyrənək. Məsələn, bilməliyik ki, özünə qulluq göstərməyi, geyinməyi, çimməyi, təhsil almağı və oynamağı necə bacarırsan. Sənin üçün maraqlı məşğuliyyətləri sərbəst yerinə yetirə biləsən deyə, biz sənin nəyi etməkdə çətinlik çəkdiyini və nədə dəstəyə ehtiyacın olduğunu bilməliyik, – həkim Babiyə izah etdi.


– Ancaq, niyə belə qəmginsən? – həkim Babinin qəmgin simasını gördükdən sonra maraqlanaraq soruşdu.


– Əgər fiziki imkanları məhdud şəxs statusum olsa və sinifdə məndən başqa heç kimin belə statusu olmasa mənə gülməzlərmi? – Babi pıçıldadı.

– Əlbəttə yox, Babi, biz axı hamımız fərqliyik. Mən eynək taxıram, bəzisi arabada gəzir, bəzisi danışmaq üçün jest dilindən istifadə edir və biz bir-birimizin fərqliliyinə hörmətlə yanaşırıq. Gəl bunların hamısını uşaqlara başa salmaq üçün hamımız birlikdə maraqlı hadisə fikirləşək, – həkim dedi və valideynlərə baxdı.

11.

Asset 2-80 2.png
11.png
Asset 2-80 2.png

– Fikirləşək – valideynlər tez razılaşdılar.

– Yaxşı, fikirləşək, – Babi sevindi və onun simasında təbəssüm yarandı – Ola bilsin, mənim hansısa sinif yoldaşıma da əlavə dəstək lazım olsun və o həmin dəstəyi necə əldə edəcəyini öyrənəcək. Axı hamımızın fərqli imkan və ehtiyacları var. Axı yalnız mən deyil, biz hamımız fərqliyik.

12.png

12.

Asset 2-80 2.png
cover_az.png

kitab yükləmək

bottom of page