top of page

Layihə haqqında

“Babi ilə tanış olun” nəşri 2022-ci ildə “MAC Georgia” təşkilatı tərəfindən, BMT-nin Uşaq Fondu və “Davamlı İnkişaf Məqsədləri Fondunun” maddi dəstəyi ilə, “Gürcüstanda fiziki imkanları məhdud şəxslər üçün sosial müdafiə sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Nəşrin müəllifi Mariam Xvadaqianidir. Onun hazırlanmasında Maia Baqrationi-Qruzinski, Maia Tsuladze və Ketlin Diri öz töhfələrini veriblər. İllüstrasiyalar və dizayn “Forset” tərəfindən yaradılıb. 


Nəşrin məqsədi uşaqları fiziki imkanları məhdudluğun biopsixososial modeli və fiziki imkanları məhdud statusunun müəyyən edilməsi prosesi ilə tanış etməkdir.

Biopsixososial model insanın fiziki imkanlarının məhdudluğunu tibbi vəziyyətin (bioloji olaraq yaranmış), psixoloji (öhdəsindən gəlmək bacarığı, özünüiqymətləndirmə və s.) və sosial faktorların (ekoloji maneələr, ictimaiyyətdə mövcud olan münasibətlər və s.) qarşılıqlı əlaqəsi kimi müzakirə edir. 

Hazırkı mərhələdə, Gürcüstan hər bir uşağın fəaliyyət keyfiyyətini və ehtiyaclarını daha yaxşı aydınlaşdırmaq üçün fiziki imkanların məhdudluğunun qiymətləndirilməsində və statusun müəyyən edilməsində mövcud olan sistemin islahatını həyata keçririr. Gürcüstanın “Fiziki imkanları məhdud şəxslərin hüquqları barədə qanunu (2020)” da bunu tələb edir.

Layihə uşaqlara fiziki imkanların məhdud olması səbəblərini daha yaxşı dərk etməyə kömək etmək üçün “sosial hekayə” formatından istifadə edib. Asan dil və uşaqlara uyğun illüstrasiyalar vasitəsi ilə görmə qüsurlu qızın hekayəsi, uşaqların fiziki imkanları məhdud statusunu dərk etmə prosesinə fəal qoşulmasına, onların fiziki imkanları məhdud olan uşağın hüquqlarını öz hüquqları kimi dərk etməsinə kömək etməyə cəhd göstərir. 

Ümid edirik ki, validyenlər və uşaqlar Babinin hekayəsi ilə birlikdə tanış olacaqlar.

“Babi ilə tanış olun” nəşri 2022-ci ildə “MAC Georgia” təşkilatı tərəfindən, BMT-nin Uşaq Fondu və “Davamlı İnkişaf Məqsədləri Fondunun” maddi dəstəyi ilə, “Gürcüstanda fiziki imkanları məhdud şəxslər üçün sosial müdafiə sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

İllüstrasiyalar və dizayn “Forset” tərəfindən yaradılıb
Copyright: © MAC Georgia
Müəllif: Mariam Xvadaqiani
Töhfəçilər: Maia Baqrationi-Qruzinski, Maia Tsuladze, Ketlin Diri
Tbilisi, 2022

bottom of page